Tanınmış rumıniyalı məşqçi Mirça Luçesku 80 yaşında vəfat edib.
QOL.az xəbər verir ki, bu barədə jurnalist Emanuel Roşu məlumat yayıb.
Xatırladaq ki, mütəxəssis Rumıniya milli komandasının məşqi zamanı vəziyyəti pisləşdikdən sonra xəstəxanaya yerləşdirilib. Məşqçiyə kəskin miokard infarktı diaqnozu qoyulub. 5 aprel bazar günü onun vəziyyəti pisləşib və Luçesku reanimasiyaya yerləşdirilib.
Qeyd edək ki, Luçesku karyerası ərzində “Dinamo” (Kiyev), “Şaxtyor”, “Zenit” kimi klublarda və Rumıniya millisində çalışıb. Son iş yeri də məhz yığma komanda olub. O, futbol tarixinin ən yaşlı məşqçilərindən biri kimi yadda qalıb və karyerası boyunca 35 kubok qazanıb.