EN

Mirça Luçesku vəfat etdi

Rumıniyalı tanınmış məşqçi Mirça Luçesku 81 yaşında vəfat edib.

Msport.az xəbər verir ki, bu barədə jurnalist Emanuel Roşu paylaşım edib.

Luçesku Rumıniya millisinin məşqində halı pisləşdikdən sonra xəstəxanaya yerləşdirilmişdi. Aprelin 5-də onun səhhəti daha da pisləşdiyindən süni komaya salınmışdı.

Luçesku karyerası ərzində “Şaxtyor, “Zenit”, “İnter”, “Beşiktaş”, Qalatasaray kimi klublarda, Türkiyə və Rumıniya milli komandalarında işləyib.

O, Çempionlar Liqası və milli komandalar səviyyəsində ən yaşlı məşqçi hesab olunurdu. O, müxtəlif komandalarda 35 kubok qazanıb.

Chosen
17
5
msport.az

9Sources