EN

Türkiyə və İspaniya İranın məhv edilməsinə qarşıdır FOTO

Moderator.az saytına istinadən ain.az xəbər verir.

Türkiyə və İspaniya İranın məhv edilməsinə qarşıdır.

Moderator.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyanın Baş naziri Pedro Sançes ilə telefon danışığı zamanı deyib.

"Prezident Ərdoğan İranın məhv edilməsinə qarşı olduğumuz kimi, Tehranın da bölgə ölkələrinə yönəlik mövqeyini doğru hesab etmədiyini bildirib", - məlumatda qeyd olunub və hər kəsin sülhə sahib çıxması, diplomatiyaya köklənməsinin vacibliyi vurğulanıb.

Türkiyə və İspaniyanın müdafiə başda olmaqla, hər sahədə nümayiş etdirdiyi həmrəylik qabardılıb.

Liderlər ikitərəfli münasibətlər ilə regional və qlobal məsələləri müzakirə ediblər.

İsrailin Qəzzadakı addımıları, Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
8
5
moderator.az

6Sources