EN

Yasamalda uşaqların oynadığı ərazidə istinad divarı uçduVİDEO

Gecə saatlarında istinad divarı uçub...

Görüntülər "Xəzər xəbər"in qaynar xəttinə vətəndaşlar tərəfindən göndərilib.

Sakinlərin sözlərinə görə, bu ərazidə uşaqlar tez-tez oyun oynayırlar.

O da bildirildi ki, divar bir neçə müddətdir qəzalı vəziyyətdə imiş. Uçqunu tezləşdirən isə, intensiv yağışlar olub.

Həmin ərazidə elektrik dirəyi də var. Sakinlər həmin dirəyin də aşa biləcəyindən ehtiyyatlanırlar.

Ziyan dəymiş avtomobilin sahibi bununla bağlı danışmaq istəmədi. Sakinlər aidiyyəti qurumalara dəfələrlə müraciət etdiklərini bildirdilər. Biz də məsələ ilə əlaqədar Yasamal rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Ancaq hansı addımların atılacağı ilə bağlı cavab ala bilmədik. "Azərişıq" ASC-dən isə "Xəzər Xəbər"ə bildirildi ki, problemdən məlumatlıdırlar. Elektrik dirəyi ilə bağlı yaranmış təhlükənin aradan qaldırılması ilə əlaqədar iş aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
26
xezerxeber.az

1Sources