EN

“Turan Tovuz” səfərdə xal itirdi

Futbol üzrə Misli Premyer Liqasında XXVI turun növbəti oyunu keçirilib.

 90deqiqe.Az-ın məlumatına görə, “İmişli” doğma meydanda “Turan Tovuz”u qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Bu nəticədən sonra “Turan Tovuz” 49 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. “İmişli” isə 23 xalla 9-cu sırada yer alıb.

Bu gün turun digər görüşlərində “Zirə” “Şamaxı”nı, “Araz-Naxçıvan” isə “Sabah”ı qəbul edəcək. Oyunlar müvafiq olaraq saat 17:15 və 19:30-da start götürəcək.

Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında “Qəbələ” “Kəpəz”i 2:0, “Neftçi” “Sumqayıt”ı 3:1, “Qarabağ” isə “Karvan-Yevlax”ı 7:0 hesabı ilə məğlub edib.

Chosen
30
90deqiqe.az

1Sources