Türkiyədə narkotik əməliyyatları nəticəsində saxlanılan bəzi məşhurlar sərbəst buraxılıb.
Azreform.info xəbər verir ki, istintaq çərçivəsində Mustafa Ceceli, İbrahim Çelikkol, Melek Mosso, Deha Bilimle, Ersay Üner, Bengü Erden, Aslı Sipahi Hacısüleymanoğlunun ifadələri alındıqdan sonra sərbəst qalıblar.
Simge Sağın, Melek Mosso və İlkay Şencan isə məhkəməyə göndərilib.
Hazırda məsələ ilə bağlı araşdırmalar davam edir.
***
Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində yeni əməliyyat keçirilib.
Azreform.info Türkiyə KİV-ə istinadla xəbər verir ki, əməliyyat zamanı aralarında tanınmış şəxslərin də olduğu 9 nəfər saxlanılıb.
İstintaq çərçivəsində Simge Sağın, İbrahim Çelikkol, Melek Mosso, Deha Bilimler, Mustafa Ceceli, Ersay Üner, Bengü Erden, Aslı Sipahi Hacısüleymanoğlu və İlkay Şencan saxlanılıb.
Baş Prokurorluğun açıqlamasında bu şəxslərə narkotik maddə istifadə etmək, satmaq və saxlamaq ittihamlarının irəli sürüldüyü bildirilib.
Açıqlamada qeyd olunub ki, əldə edilən sübutlar, daxil olan məlumatlar və şikayətlər əsasında bu 9 nəfər barəsində saxlanma qərarı qəbul edilib.
Həmidə İbrahimova