EN

Luçesku əməliyyat oluna bilməyəcək

style='margin-bottom:10px;'>

İnfarkt keçirən rumıniyalı mütəxəssis Mirça Luçeskunun planlaşdırılan əməliyyatı baş tutmayacaq.

QOL.az xəbər verir ki, bu barədə jurnalist Emanuel Rosu məlumat yayıb.

Əməliyyatın keçirilməməsinə səbəb Luçeskunun fiziki vəziyyətidir. Hərtərəfli müayinə zamanı ağciyərlərə təsir edən insult və qan dövranı problemləri də aşkar edilib. Həkimlərin son məlumatına görə, planlaşdırılan ECMO (ekstrakorporal membran oksigenləşməsi) əməliyyatı baş tutmayacaq, çünki Luçeskunun bədəni belə mürəkkəb prosedura tab gətirmək üçün çox zəifdir.

Xatırladaq ki, mütəxəssis Rumıniya milli komandasının məşqi zamanı vəziyyəti pisləşdikdən sonra xəstəxanaya yerləşdirilib. Məşqçiyə kəskin miokard infarktı diaqnozu qoyulub. 5 aprel bazar günü onun vəziyyəti pisləşib və Luçesku reanimasiyaya  yerləşdirilib.

Chosen
56
1
teleqraf.com

2Sources