Bakı. Trend:
"Mançester Yunayted"in keçmiş yarımmüdafiəçisi Antonio Valensiyakaryerasını bərpa edib.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, 40 yaşlı futbolçu İngiltərənin 9-cudivizionunda çıxış edən "Vaytenshave Vets" klubuna keçib. Bu barədəklubun mətbuat xidməti məlumat yayıb.
Bu komandada tanınnmış futbolçulardan Emil Heski, DanielDrinkuoter, Stiven Airlend, Coleon Leskott və Papiss Sisse də çıxışedir.
Qeyd edək ki, Valensiya 2021-ci ildə karyerasını başa vurmuşdu.Ekvador millisinin sabiq üzvü 2009-2019-cu illərdə "MançesterYunayted"də çıxış edib.