EN

Trampın gizli planı: ABŞ İran neftini bu yolla ələ keçirmək istəyir

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ prezidenti Donald Tramp İranın neft ehtiyatlarına nəzarət imkanını nəzərdən keçirir. Bu addımın məqsədi ABŞ-ın enerji sahəsində qlobal təsirini artırmaq və Si Cinpin ilə danışıqlarda daha güclü mövqe qazanmaqdır.

Globalinfo.az-ın xəbərinə görə, Tramp hesab edir ki, İran neftinə nəzarət Vaşinqtona Pekinə qarşı əlavə təzyiq rıçaqları verə bilər.

Bununla belə, Ağ Ev nümayəndəsi bildirib ki, bu ideya hələlik rəsmi plan deyil və hazırkı gündəlikdə yer almır.

Qeyd olunur ki, Trampın Pekinə səfəri 14–15 may tarixlərinə planlaşdırılıb. O, daha əvvəl İranla bağlı gərginlik və Hörmüz boğazı ətrafındakı vəziyyət səbəbindən səfərin təxirə salınmasını istədiyini açıqlayıb.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
41
globalinfo.az

1Sources