EN

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsi start götürüb

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinə start verilib.

"Report"un məlumatına görə, raundun hər iki oyunu eyni gündə keçirilib.

Əvvəlcə "Murov Az Terminal" "Xilasedici" ilə qarşılaşıb. Matç "Xilasedici"nin 3:0 (25:20, 25:18, 25:18) hesablı qələbəsi ilə bitib. Ardınca isə "Ordu" "Neftçi"ni üstələyib - 3:0 (25:12, 25:14, 25:16)

Komandalar arasında ikinci matçlar isə aprelin 14-də baş tutacaq.

Qeyd edək ki, reqlamentə əsasən, yarımfinal mərhələsi ev və səfər prinsipi ilə iki oyundan ibarət olacaq. İki qarşılaşmanın nəticəsinə görə komandaların qələbə sayı bərabər olarsa, qalibi müəyyənləşdirmək üçün "qızıl set" oynanılacaq. Bürünc və qızıl medal uğrunda həlledici qarşılaşmalar isə cəmi bir oyundan ibarət olacaq.

Chosen
3
2
far.az

10Sources