Yazını böyüt
Yazını kiçilt
Peşəkar Futbol Liqası (PFL) tərəfindən Tovuz şəhər stadionunun qazonunda aparılmış yenidənqurma işləri təftiş olunub.
Hafta.az xəbər verir ki, bu barədə PFL-dən məlumat verilib.
Bildirilib ki, test oyununun nəticələrinə əsasən "Turan Tovuz" klubunun ev oyunlarının 12 apreldə nəzərdə tutulmuş "Sumqayıt"a qarşı matçdan etibarən Tovuz şəhər stadionunda keçirilməsinə qərar verilib.