EN

Aya uçmuş astronavtlar Yeri doğru geri qayıtmağa başlayıblar

Bakı. Trend:

Astronavtları daşıyan “Orion” kosmik gəmisi Ay ilə yaxınlaşmadansonra Yerə doğru geri uçmağa başlayıb.

Trend xəbər verirki, bu barədə NASA məlumat yayıb.

“Artemis II” komandası Ay üzərində müşahidələri tamamlayıb vəindi evə qayıdış mərhələsinə başlayır”, - deyə məlumatdabildirilir.

Daha əvvəl NASA xəbər vermişdi ki, “Artemis II” kosmik gəmisininheyəti Yer kürəsindən 406 608 kilometr uzaqlaşaraq insanın Yerəolan məsafəsinə dair rekord müəyyən edib.

Aprelin 2-də "Artemis II" missiyası çərçivəsində ABŞ-nin Floridaştatında yerləşən Con Kennedi adına Kosmik Mərkəzin 39A startmeydançasından “Orion” kosmik gəmisini daşıyan birdəfəlik “SpaceLaunch System” (SLS) raketi buraxılıb. Gəminin göyərtəsində NASAastronavtları Rid Uayzman, Viktor Qlover, Kristina Kox və KanadaKosmik Agentliyinin astronavtı Ceremi Hansen yer alır.

Məqalədə:
Chosen
19
az.trend.az

1Sources