EN

Tayland gecə saatlarında yanacaq satışını dayandırmağı planlaşdırır

Tayland gecə saatlarında yanacaq satışını dayandırmağı planlaşdırır

Taylandın Baş naziri Anutin Çarnvirakul ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibənin yanacaq qiymətlərini artırması və tədarükü çətinləşdirməsi səbəbindən qənaət məqsədilə yanacaqdoldurma məntəqələrinin gecə fəaliyyətini dayandıra biləcəklərini bəyan edib.

AFN.az xəbər verir ki, "Bangkok Post"un yaydığı məlumata görə, Baş nazir Yaxın Şərqdəki gərginliyin ölkə iqtisadiyyatına təsirlərini azaltmaq üçün bir sıra sərt qənaət tədbirlərinin qaçılmaz olduğunu vurğulayıb. Anutin qeyd edib ki, yanacaq satışına qoyulacaq məhdudiyyət ən tez aprelin 20-dən etibarən tətbiq edilə bilər, lakin 11-15 aprel tarixlərində keçiriləcək festival zamanı səyahət edən vətəndaşlar bu qərardan təsirlənməyəcəklər.

Hökumət rəhbəri enerji və neft istehlakında səmərəliliyi təmin etmək üçün zəruri addımların atılacağını bildirərək, regiondakı hərbi əməliyyatların davam etməsi fonunda yanacaq qiymətlərinin daha da yüksələ biləcəyi barədə xəbərdarlıq edib.

Chosen
23
afn.az

1Sources