EN

Jorj Kaşkilya: "Qələbə qazanmağa layiq idik"

"İmişli" Misli Premyer Liqasının 26-cı turunda Quba Olimpiya İdman Kompleksinin stadionunda "Turan Tovuz"la 1:1 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Jorj Kaşkilya matçdan sonra keçirilən mətbuat konfransında 

"Oyunçularımı təbrik etmək istəyirəm. Komanda özünə qayıdıb. Bələ olanda hər rəqibə çətinlik yarada bilərik. Qol vurana qədər bizim üçün çətin idi. Oyun boyunca taktiki cəhətdən yaxşı çıxış etdik. Müdafiəmizdə anlaşılmazlıq oldu və "Turan Tovuz" hesabı bərabərləşdirdi.  Ezekiel Morqan zədələnib meydanı tərk edəndən sonra müdafiədə çaşqınlıq yarandı. Komanda ikinci hissəyə daha rahat başladı. 2:1 hesabı ilə qalib gəlməli idik. Qələbə qazanmağa layiq idik. Amma 1 xal da vacibdir. Bütün diqqətimizi "Qəbələ" ilə oyuna yönəldəcəyik. Futbolçuların bərpa olunmasına diqqət yetirəcəyik".

saytlarin hazirlanmasi

Chosen
12
4
sportal.az

5Sources