EN

Qaradağda 70 kiloqram narkotik dövriyyədən çıxarıldı:5 NƏFƏR SAXLANILDI

Qaradağda 70 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

 

Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Qeyd olunub ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçiriblər. Rayon ərazisində keçirilən tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 33 yaşlı Məmmədəli Məmmədov, 33 yaşlı Orxan Mehtiyev, 31 yaşlı Elmar Mehtizadə, 35 yaşlı Vaqif Kərimov və 32 yaşlı Pərvin Orucov saxlanılıblar.

 

Onlardan ümumilikdə 70 kiloqram 875 qram tərkibinə psixotrop maddələr əlavə edilmiş narkotik vasitə marixuana aşkarlanıb. Saxlanılan şəxslərin müxtəlif İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotikləri sərhədyanı bölgələrdən götürdükləri və müxtəlif ünvanlara yerləşdirməklə qazanc əldə etmək istədikləri məlum olub.

 

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Araşdırmalar davam etdirilir.


Chosen
12
32
senzor.az

10Sources