EN

Kartof yeyəndə iki dəfə düşünün: Xüsusən də, bu yaşdasınızsa...

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Süfrələrin əvəzolunmaz qidası olan kartof haqqında yayılan məlumatlar bir çox insanı narahat etməyə başlayıb. Xəbərlərdə bu tərəvəzin təzyiqə və ümumi sağlamlığa ciddi təsirləri olduğu iddia edilir.Aparılan araşdırmalar göstərir ki, həddindən artıq kartof istehlakı hipertoniya riskini xeyli artırır. Xüsusilə 40 yaşını keçmiş şəxslərin bu məsələdə daha diqqətli olması vacibdir. Çünki bu yaş dövründə ürək və damar sistemi xarici təsirlərə qarşı daha həssas hala gəlir.Ekspertlər qeyd edir ki, həftə ərzində dörd porsiyadan çox kartof yemək qanda şəkərin sürətlə yüksəlməsinə yol açır. Bu proses davamlı xarakter alanda damarların fəaliyyəti pozulur və qan təzyiqi yüksəlir.Britaniyalı dietoloq Sarah Brewer də mövzu ilə bağlı xəbərdarlıq edərək bildirir ki, yaşlı nəsil qida rasionuna yenidən baxmalıdır. Amma burada əsas məqam kartofu tamamilə qadağan etmək deyil. Kartofun tərkibində kalium və C vitamini kimi faydalı elementlərin olması onu hələ də lazımlı qida siyahısında saxlayır.Əsl təhlükə məhsulun bişirilmə qaydasında gizlənib. Yağda qızardılmış kartof damarların ən böyük düşməni hesab olunsa da, qaynadılmış və ya sobada hazırlanmış variantlar daha sağlam seçimdir. Kartofu zülal və lifli qidalarla birlikdə yemək şəkərin qəfil yüksəlməsinin qarşısını alır.Görünən odur ki, problem tərəvəzin özündə deyil, bizim onu necə və hansı miqdarda yeməyimizdədir. Panikaya düşməyə ehtiyac yoxdur, sadəcə porsiyaları tənzimləmək və sağlam bişirmə üsullarına üstünlük vermək kifayətdir.Aytən

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
23
11
demokrat.az

10Sources