EN

"Təəssüf ki, çox vacib xallar itirdik" - Kurban Berdiyev

Misli Premyer Liqasının 26-cı turunda Qubada "İmişli" ilə üz-üzə gələn "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, 1:1 hesablı heç-heçəni belə şərh edib:

"Birinci hissədə çox pis oynadıq. Hissənin sonlarında qapımıza buraxmalı olmadığımız qol vuruldu. İkinci yarıda daha fəal təsir bağışladıq. Amma bu ikinci qolu vurmağımız üçün yetərli olmadı. Təəssüf ki, çox vacib xallar itirdik".

Toğrul

Chosen
3
fanat.az

1Sources