“Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Premyer Liqanın 26-cı turu çərçivəsində “İmişli”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatmış matçdan sonrakı mətbuat konfransında bunları bildirib:


"Birinci hissədə çox pis oynadıq. Birinci hissənin son dəqiqələrində, demək olar ki, heç nədən qol buraxdıq. İkinci hissədə fəallığı bir qədər artırdıq. Amma ikinci qolu vurmaq üçün bəzi şeylər çatmadı. Təəssüflər olsun ki, çox vacib xallar itirdik".