EN

Rabitəbank ASC cəzalandırıldı Mərkəzi Bank pozuntu olduğunu deyir

ain.az bildirir, Mia.az saytına əsaslanaraq.

Azərbaycan Mərkəzi Bankı "Rabitəbank" ASC-yə icrası məcburi sərəncam verib.

Mia.az xəbər verir ki, Bank kreditlərin rəsmiləşdirilməsi zamanı qüvvədə olan qanunvericiliyi pozub, bu faktla bağlı Mərkəzi Banka yazılı bildiriş təqdim etməyib.

Məlumata görə, "Banklar haqqında" qanunun 25.1.4-cü maddəsinin tələblərinin pozulmasına görə Qanunun 47-ci maddəsinin tələbləri rəhbər tutularaq, "Rabitəbank"a qeyd olunan halların gələcəkdə təkrarlanmaması məqsədilə bu sahədə daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib: "Sözügedən pozuntu bankın maliyyə dayanıqlığı üçün təhdid yaratmır".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
2
12
mia.az

10Sources