EN

Azyaşlıların səbəb olduğu hadisə ilə bağlı cinayət işi başladıldı

Bizim media saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakının Xətai rayonunda azyaşlıların hərəkətə gətirdiyi avtomobilin iki piyadanı vurması ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanıb.Bizim.Media xəbər verir ki, hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar aparılır.

 

MÖVZU İLƏ BAĞLI:

Bakıda film kimi QƏZA – Nəzarətsiz qalan azyaşlılar bir qadının ölümünə SƏBƏB OLDU

Qeyd edək ki, Xətai rayon sakini İlham Qasımov "VAZ" avtomobili yaşadığı evin qarşısında, sərt enişli ərazidə, qapıları açıq vəziyyətdə saxlayaraq oradan uzaqlaşıb.Onun iki azyaşlı - 7 və 6 yaşlı övladları - nəqliyyat vasitəsinin sürətlər qutusuna müdaxilə edərək hərəkətə gətirib. Hadisə zamanı bir nəfər xəsarət alıb, digəri isə ölüb.Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
9
1
bizim.media

7Sources