EN

Azyaşlıların hərəkətə gətirdiyi avtomobilin iki piyadanı vurması ilə bağlı cinayət işi başlandı

Bakının Xətai rayonunda azyaşlıların hərəkətə gətirdiyi avtomobilin iki piyadanı vurması ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar aparılır.

Xəbər verdiyimiz kimi, Bakının Xətai rayonunda azyaşlıların hərəkətə gətirdiyi avtomobil iki piyadanı vurub.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, Xətai rayon sakini İlham Qasımov "VAZ" avtomobili yaşadığı evin qarşısında, sərt enişli ərazidə, qapıları açıq vəziyyətdə saxlayaraq oradan uzaqlaşıb. Onun iki azyaşlı - 7 və 6 yaşlı övladları - nəqliyyat vasitəsinin sürətlər qutusuna müdaxilə edərək hərəkətə gətirib.

Chosen
41
1
aznews.az

7Sources