EN

“Yerin təki haqqında” qanuna dəyişiklik edilib

Bakı. Trend:

Yerin təkindən istifadənin növlərinin siyahısıgenişləndiriləcək.

Trend xəbərverir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Yerin təkihaqqında” Qanunda edilən dəyişikliklərdə öz əksini tapıb.

Qanuna əsasən, su anbarlarında və ya sututarlarda toplanançöküntülərin (qum, qum-çınqıl, gil), habelə tunellərin və yakeçidlərin tikintisi ilə əlaqədar yerin təkindən çıxarılansüxurların istifadəsi yerin təkindən istifadənin növləri sırasınadaxil ediləcək.

Azərbaycanda su ehtiyatlarının artırılması, əhalinin keyfiyyətliiçməli su və suvarma suyu ilə təminatının yaxşılaşdırılmasıçərçivəsində mövcud su anbarlarının və sututarların təmizlənməsinəzərdə tutulur.

Bu da həmin sututarlarda toplanmış milyonlarla kubmetr qum,qum-çınqıl və gil tərkibli materialların çıxarılması və iqtisadidövriyyəyə cəlb olunması ilə nəticələnəcək.

Həmçinin, ölkədə yol infrastrukturunun yaxşılaşdırılmasıçərçivəsində yolötürücü tunellərin tikintisi yer təkindənsüxurların çıxarılması ilə nəticələnir.

Sözügedən çöküntü və süxurların istifadəsinin hüquqi əsasınınyaradılması onlardan istifadənin qanuniləşməsinə, hesabatlılığıntəmin edilməsinə və rəqabət mühitinin təmin olunmasına xidmətedəcək.

Bundan başqa, yerin təkinin istifadəyə birbaşa danışıqlar yoluilə verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyənetdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğulolan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılmasıtədbirlərinə dair qaydalar müvafiq icra hakimiyyəti orqanınınmüəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.

Belə ki, yerin təki istifadəyə icazə əsasında bu Qanun və"Lisenziyalar və icazələr haqqında" Qanunula müəyyən olunmuşqaydada hərrac (auksion və ya müsabiqə) və birbaşa danışıqlarəsasında verilir.

Eyni zamanda Nazirlər Kabinetinin qərarı ilə yerin təkinin(qiymətli və əlvan metallar, qiymətli daş yataqları və təzahürləriistisna olmaqla) istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsihallarının siyahısı da təsdiq edilib.

Chosen
28
20
az.trend.az

10Sources