EN

“Gəncə” pley-offa yüksəldi

Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yüksələn daha bir komanda bəlli olub.

Apasport.az xəbər verir ki, pley-in mərhələsinin ikinci görüşləri çərçivəsində "Lənkəran" "Gəncə"ni qəbul edib.

Lənkəran Olimpiya İdman Kompleksində baş tutan görüş Gəncə təmsilçisinin 101:77 hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasında ilk görüşdə də "Gəncə" rəqibini üstələmişdi - 91:55. Bu nəticədən sonra Gəncə komandası növbəti mərhələdə mübarizə aparmaq hüququ əldə edib.

Qeyd edək ki, daha əvvəl "Naxçıvan" və "Şəki" komandaları da Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yüksəliblər.

“Naxçıvan”dan növbəti qələbə

Şəhriyar Əsgərov: "Cavab matçında daha yaxşı nəticə göstərməyə çalışacağıq"

“Sabah” “Astana” ilə qarşılaşacaq

Pley-in mərhələsinin oyun cədvəli açıqlanıb

ABL: Mövsümə yekun vurulub

Chosen
28
1
apasport.az

4Sources