Bu ilin yanvar-fevral aylarında ölkədən 13,5 milyon ABŞ dolları dəyərində 20,3 min tondan çox şəkər ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 4,3 dəfə, həcmi isə 4,4 dəfə artıb.
Cari ilin ilk iki ayında şəkərin ümumi ixracda xüsusi çəkisi 0,37 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 2,33 faizə bərabər olub.