EN

Bu avtomobil modelləri bir həftə ərzində satılır – Ən tez satılan 2-ci ƏL MAŞINLAR

Çin avtomobillərinin Azərbaycana kütləvi gətirilməsindən sonra arxa plana düşmüş 2-ci ilə avtomobillərin bəxti açılıb.

Bizim.Media xəbər verir ki, xüsusilə də yağışlı günlərdən sonra özünü təsdiqləmiş etibarlı avtomobil modelləri alış və satışda da sürətli göstəricilərə malikdir.

Ümumiyyətlə avtomobil satışı ilə məşğul olanlar deyirlər ki, ən tez satılan Yaponiya və Cənubi Koreya istehsalı olan maşınlardır.

Məsələn, yaxşı vəziyyətdə olan “Toyota Corolla” satışa çıxarılandan sonra bir həftə ərzində satılır. Bəziləri hətta 48 saatı belə keçmir. “Toyota”nın digər növləri (məsələn Camry, Rav 4, Prius, xüsusilə hibridlər), eləcə də “Kia” və “Hyundai” modelləri uzağı 30-35 günə satılır.

Hazırda işlənmiş minik avtomobilinin satılması üçün orta müddət 45-50 gün aralığındadır.

Yağışlardan sonra ən tez satılanlar SUV-lar, ən gec satılanlar isə sedanlardır. Xüsusilə, 5 yaşa qədər maşınlar münasib qiymətə satışa çıxarılıqda tezliklə yeni sahibini tapır.

Şəfiqə Şəfa, Bizim.Media

Chosen
23
1
bizim.media

2Sources