"Bu müharibə tezliklə başa çatacaq. Prezidentin İran üçün müəyyən etdiyi son tarix bitənə qədər danışıqları davam etdirəcəyik."
"Unikal" xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti J.D. Vens açıqlayıb.
"Biz nüvə silahı əldə etmək üçün terrorizmi dəstəkləyən bir rejimin olmasını istəmirik. İrandakı hərbi müharibə məqsədlərinə nail olunub. Ümid edirik ki, İran ağıllı hərəkət edəcək", - deyə o bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində bu gecə bütün bir sivilizasiyanın məhv olacağını açıqlayıb.
Ağarza Elçinoğlu