EN

“Rabitəbank” kredit verərkən bu qaydanı pozub

Mərkəzi Bank "Rabitəbank” ASC-yə icrası məcburi sərəncam verilməsi barədə məlumat yayıb.

“Yeni Sabah” xəbər verir ki, məlumata görə "Rabitəbank” ASC tərəfindən kreditlərin rəsmiləşdirilməsi zamanı qüvvədə olan qanunvericiliyin pozulması faktı ilə bağlı Mərkəzi Banka yazılı bildiriş təqdim edilməməsi ilə əlaqədar olaraq "Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun) 25.1.4-cü maddəsinin tələblərinin pozulmasına görə Qanunun 47-ci maddəsinin tələbləri rəhbər tutularaq, Mərkəzi Bank tərəfindən "Rabitəbank” ASC-yə qeyd olunan halların gələcəkdə təkrarlanmaması məqsədilə bu sahədə daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.


Telegram kanalımız
Chosen
2
12
yenisabah.az

10Sources