EN

Qapıçı ayağı ilə rəqib futbolçunun başına zərbə vurdu

Braziliya Media Liqasında "Dibradosa" ilə "Flukso" arasında keçirilən matçda dəhşətli epizod yaşanıb.

Publika.az xəbər verir ki, birincilərin qapıçısı Luan Teles topu uzaqlaşdırarkən bütün gücü ilə rəqibin başına ayaqla zərbə endirib. Xoşbəxtlikdən zərərçəkən futbolçu tibbi yardım göstərildikdən sonra meydanı öz ayaqları ilə tərk edə bilib.

Hakim isə Telesin hərəkətini cəzasız qoymayıb. VAR-a baxdıqdan sonra ona qırmızı vərəqə göstərib.

Heybət

Chosen
20
publika.az

1Sources