EN

ADY-nin Bakı Limanı 423 124 ton səpkili yük aşırıb

2026-cı ilin birinci rübündə ADY-nin Bakı Limanı 423 124 ton səpkili yük (karbamid, kükürd) aşırıb. Bu, ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə təqribən 46 faiz çoxdur.

Redaktor.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Eyni zamanda, bu ilin martında limanda 162 min ton səpkili yük aşırılıb. Bu, ötən ilin martında qeydə alınan göstəricidən 94 faiz çoxdur, həmçinin aşırılmış səpkili yüklər üzrə aylıq rekord nəticədir.

Bundan başqa, martda Bakı Limanının Ümumi yüklər terminalında 78 gəmi yanaşmaşı olub ki, bu da öz növbəsində rekord göstəricidir.

Chosen
10
13
redaktor.az

10Sources