EN

Aaron Remzi karyerasını başa vurub

Bakı, 7 aprel, AZƏRTAC

İngiltərənin “Arsenal” klubunun və Uels millisinin sabiq yarımmüdafiəçisi Aaron Remzi futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

AZƏRTAC xəbər verir ki, 35 yaşlı oyunçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Futbolçu seçimin onun üçün asan olmadığını, uzun müddət düşündükdən sonra belə qərar verdiyini söyləyib.

Qeyd edək ki, Aaron Remzi karyerası ərzində “Arsenal”la yanaşı, İngiltərənin digər təmsilçisi “Nottingem Forest”, İtaliyanın “Yuventus”, Şotlandiyanın “Reyncers”, Fransanın “Nitsa”, Uelsin “Kardiff Siti” komandalarında da çıxış edib. Millidə 86 oyun keçirən yarımmüdafiəçi 21 qola imza atıb.

Chosen
16
1
azertag.az

2Sources