EN

İstanbulda atışma baş verən İsrail Konsulluğunun yaxınlığındakı ofislər boşaldılır HADİSƏ YERİNDƏN FOTOLAR

Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İstanbulda İsrail Konsulluğunun yaxınlığındakı ofislər boşaldılır.

APA-nın hadisə yerindəki müxbiri xəbər verir ki, ofislərdə çalışan əməkdaşlar təxliyə olunur.

Polislər ərazini nəzarətə götürüb, giriş-çıxış məhdudlaşdırılıb.

Qeyd edək ki, bu gün üç silahlı şəxs İstanbulda İsrail Konsulluğunun yaxınlığında - Yapı Kredi Plaza binasının qarşısında xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarına atəş açıb.

Hadisə nəticəsində iki polis əməkdaşı yüngül xəsarət alıb, silahlılardan biri öldürülüb, ikisi isə yaralı ələ keçirilib.

Konsulluğun fəaliyyət göstərmədiyi və binada diplomatik nümayəndəliyin hər hansı əməkdaşının olmadığı bildirilir.

Hücumu təşkil edən üç nəfərin hadisə yerinə avtomobildə gəldiklərini, avtomatlar və tapançalarla silahlandıqlarını qeyd olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
26
3
apa.az

4Sources