Bu gün keçiriləcək oyunlarla Misli premyer-liqasında 26-ci tura yekun vurulacaq.
"Football-plus.az" xəbər verir ki, hesabat turunun qalan matçları da “CBC Sport”un efirində canlı yayınlanacaq.
7 aprel
İmişli – Turan Tovuz 0:0
“İmişli”nin bu rəqiblə ev oyununun balansı: 1:+0=0-1, 0:1
2025/26 – 0:1.
Cəzalı: Juninyo (İmişli).
“Futbol+”in proqnozu: 20-30-50.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ, Cəmil Quliyev, Şirməmməd Məmmədov, İslam Məmmədov.
VAR hakimi: Nicat İsmayıllı.
VAR hakiminin köməkçisi: Müslüm Əliyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Quba, Olimpiya İdman Kompleksinin stadionu. Saat 15.00.
Artıq mövsümün birinci yarısında iddialı rəqiblərinə də başağrı olan “İmişli”dən əsər-əlamət qalmayıb. İş o həddə çatıb ki, hadisələrin axarı Aran təmsilçisinin 11-ci sıraya qədər enməsiylə də nəticələnə bilər. Hər halda, ardıcıl 13 oyunda qələbəyə həsrət qalmaq yaxşı deyil. Əlbəttə, bunun qarşısını almaq üçün xal ehtiyatını artırmaq şərtdi. Lakin “Turan Tovuz”un “pələnglər”lə oyunda qələbə üçün əlindən gələni edəcəyi şübhə doğurmur. Çünki 3-cü pillədəki yerini qorumaq istəyən “bozqurd”un başqa çarəsi yoxdu.
Bu komandalar indiyə qədər 2 dəfə qarşılaşıb, birində “Turan Tovuz” qalib gəlib, birində “sülh” qeydə alınıb. Topların nisbətində “bozqurd” öndədi – 1:0.
Zirə – Şamaxı
“Zirə”nin bu rəqiblə ev oyunlarının balansı: 18:+8=8-2, 26:14.
2015/16 – 0:0, 2:1; 2016/17 – 1:1, 1:1; 2017/18 – 1:1, 1:2; 2018/19 – 2:2, 2:0; 2019/20 – 3:1; 2020/21 – 3:1, 0:0; 2021/22 – 2:0, 0:0; 2022/23 – 1:0, 2:2; 2023/24 - 0:1, 3:0; 2025/26 – 2:1.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-40-20.
Hakimlər: ELÇİN MƏSİYEV, Rahil Ramazanov, Teymur Teymurov, İnqilab Məmmədov.
VAR hakiminin köməkçisi: Rauf Cabbarov.
VAR hakiminin köməkçisi: Pərvin Talıbov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Zaur Hacıməhərrəmov.
Zirə, İdman Kompleksinin stadionu. Saat 17.15.
Ölkə kubokunda finala vəsiqə qazanmağa yaxın olan “Zirə” premyer-liqada da ümidləri doğrultmaq istəyir. Təbii ki, hədəf 3-cü pillədi və bunun üçün “Turan Tovuz”la aradakı 6 xal fərqini aradan qaldırmaq lazımdı. Məqsədə çatmağın nə dərəcədə çətin olacağı hələ bilinməsə də, “qartallar”ın evdə qalib gəlməyə məcbur olduğuna şübhə yoxdu. Premyer-liqada qalmaq uğrunda mübarizə aparan “Şamaxı” isə vəzifəsinin öhdəsindən böyük ölçüdə gəlib. Yenə də “şirlər”in baxımlı oyunla yadda qalmağa çalışacağını proqnozlaşdırmaq olar.
Bu komandalarindiyə qədər 37 dəfə üz-üzə gəlib. Bunların 16-da “Zirə”, 8-də “Şamaxı” qələbə qazanıb, 13-də qalib müəyyənləşməyib. Topların nisbətində “qartallar” öndədi – 50:33.
Araz-Naxçıvan – Sabah
“Araz-Naxçıvan”ın bu rəqiblə ev oyunlarının balansı: 5:+1=2-2, 5:5.
2023/24 – 2:0, 0:1; 2024/25 – 0:1, 1:1; 2025/26 – 2:2.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 20-30-50.
Hakimlər: FƏRİD HACIYEV, Namiq Hüseynov, Rəhman İmami, Rəşad Əhmədov.
VAR hakimi: Tural Qurbanov.
VAR hakiminin köməkçisi: Zeynal Zeynalov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Bakı, “Liv Bona Dea Arena”. Saat 19.30.
Ölkəmizi Avropada təmsil etmək niyyətində olan “Araz-Naxçıvan” son iki matçda qalib gəlməklə iddiasını qoruyur. Ancaq “Neftçi”nin “Sumqayıt”ı məğlub etməsi “qırmızı-ağlar” üçün bəd xəbərdi. Axı “ağ-qaralar” Andrey Demçenkonun komandasını qabaqladı. İndi naxçıvanlılar da xal ehtiyatını artırmalıdı. İş ondadı ki, rəqibin “Sabah” olması bu yöndə gözləntiləri azaldır. “Qarabağ”ı nə az, nə çox - 10 xal qabaqlayan Masazır təmsilçisi xal itirməyin baha başa gələ biləcəyindən xəbərdardı. Odu ki, “bayquşlar” rəqibin meydanından qalib ayrılmaq üçün dəridən-qabıqdan çıxacaq. Zarafat deyil, “bayquşlar” çempionluğa doğru sürətlə irəliləyir.
Bu komandalar indiyə qədər 10 dəfə qarşılaşıb. Bunların 1-də “Araz-Naxçıvan”, 4-də “Sabah” qalib gəlib, 5-də hərəyə bir xal düşüb. Topların nisbətində Masazır təmsilçisi öndədi – 15:10.
1. Sabah 25 19 5 1 60-17 62
2. Qarabağ 24 16 4 4 48-18 52 (?)
3. Turan Tovuz 25 14 6 5 32-17 48
4. Zirə 25 11 9 5 33-27 42
5. Neftçi 25 10 10 5 42-23 40
6. Araz-Naxçıvan 25 11 6 8 34-43 39
7. Sumqayıt 26 9 5 12 34-38 32
8. Şamaxı 25 7 9 9 24-27 30
9. İmişli 25 4 10 11 18-36 22
10. Kəpəz 26 6 3 17 21-50 21
11. Qəbələ 26 5 4 17 25-42 19
12. Karvan-Yevlax 25 1 5 19 16-49 8 (?)
Bombardir: Coy-Lens Mikels (Sabah) – 15.
KƏNAN BAHADIR
Bu komandaların duelləriylə bağlı maraqlı məqamlar
// Son 4 oyunun hərəsində 3 qol vurulub. “Zirə” son 5 qarşılaşmadan qolsuz ayrılmayıb.
// “Sabah” son 8 matçda uduzmayıb. Son 4 oyunda hər iki komanda qolı vurub.