EN

Nazir müavini Həsən Həsənlinin Şamaxıda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Bakı, 7 aprel, AZƏRTAC

Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin aprelin 8-də Şamaxı şəhərində vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vətəndaş qəbulu aprelin 24-də keçiriləcək.

Qəbulda Şamaxı və Ağsu sakinlərinin iştirakı nəzərdə tutulub.

Xatırladaq ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.

Chosen
43
1
azertag.az

3Sources