EN

Xameneinin vəziyyəti ağırdır

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

İranın ali rəhbəri Müctəba Xameneyinin Tehrandan cənubda yerləşən Qum şəhərində huşsuz vəziyyətdə müalicə aldığı bildirilir. Bu barədə məlumatı "The Times" qəzeti ABŞ və İsrail kəşfiyyatının Fars körfəzi ölkələrinin rəhbərliyinə təqdim etdiyi sənədlərə istinadən yayıb.Kəşfiyyat xidmətlərinin qiymətləndirməsinə görə, Xameneyinin vəziyyəti ağırdır və o, hazırda ölkəni idarə etmək iqtidarında deyil. Qeyd olunur ki, ABŞ və İsrailin hərbi əməliyyatları başlayandan bəri onun harada olduğu ilk dəfədir üzə çıxır.Xatırladaq ki, fevralın 28-də endirilən ilk zərbələr nəticəsində Müctəba Xameneyinin ağır yaralandığı ehtimal edilirdi. Həmin vaxtdan bəri o, ictimaiyyət qarşısına çıxmayıb. Hazırda rəsmi Tehran kəşfiyyatın yaydığı bu məlumatlarla bağlı hələlik heç bir açıqlama verməyib.Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
30
demokrat.az

1Sources