EN

Kartla ev və obyekt alanlara qaytarılan ƏDV-nin məbləği açıqlanıb

Azərbaycan ərazisində bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı “ƏDV geri al” layihəsi uğurla davam etdirilir.

FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Belə ki, bu ilin yanvar-mart ayları ərzində yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılmış həcmi 8 milyon 428,1 min manat təşkil edib.

Chosen
7
5
fed.az

10Sources