EN

İstanbulda İsrail Konsulluğuna hücum edənlərdən biri öldürülüb, ikisi yaralanıb

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Türkiyənin İstanbul şəhərinin Levent bölgəsində yerləşən İsrail Konsulluğu yaxınlığında toqquşma baş verib. Hadisə nəticəsində binaya hücum edən üç şəxsdən biri öldürülüb, ikisi isə yaralanaraq zərərsizləşdirilib. İki polis əməkdaşı yüngül xəsarət alıb.

Bizimyol.info xəbər verir ki, İstanbul valisi Davut Gül verdiyi açıqlamada bildirib ki, polis rəisi və komandası gördüyü tədbirlər sayəsində hadisənin yüngül xəsarətlərlə başa çatdırıblar. Ölən hücumçunun şəxsiyyəti hələ müəyyənləşdirilir və təhlükəsizlik qüvvələri əlaqələr və digər aspektlər üzərində araşdırmalar aparır. Vali qeyd edib ki, konsulluqda son 2,5 ildir heç bir fəaliyyət yoxdur və orada diplomatik heyət yaşamır.

Ədliyyə naziri Akın Gürlek sosial media hesabında açıqlama verərək bildirib ki, İstanbul Baş Prokurorluğu dərhal istintaqa başlayıb. Soruşturmaya bir baş prokuror müavini və iki prokuror təyin olunub. Prokurorlar dərhal hadisə yerinə gedərək araşdırmalara başlayıblar.

Nazir əlavə edib ki, hadisənin bütün aspektləri Baş Prokurorluğun koordinasiyası altında hüquq-mühafizə orqanları ilə birlikdə diqqətlə və əhatəli şəkildə araşdırılır.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
38
bizimyol.info

1Sources