EN

İrandakı müharibə 310 tələbə və müəllimin həyatına son qoyub

ain.az, Redaktor.az saytına istinadən bildirir.

İranın təhsil naziri Əlirza Kazemi bildirib ki, fevralın sonundan bəri ABŞ və İsrailin ölkədəki hərbi əməliyyatlarında 310 şagird və müəllim həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı "Mehr" yayıb.

Nazir qeyd edib ki, 750-dən çox məktəbə ziyan dəyib və 200-dən çox şagird və müəllim müxtəlif dərəcəli xəsarətlər alıb.

Kazemi əlavə edib ki, İran bu baxımdan UNESCO və UNICEF-ə müraciət edərək iranlı uşaqlar üçün ədalət tələb edib.

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
1
1
redaktor.az

2Sources