Bəhreyn Yaxın Şərq müharibəsinin başlanğıcından bəri İrandan atılan 188 raket və 477 dronun məhv edildiyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə məlumat Bəhreyn Müdafiə Qüvvələrinin sosial media səhifəsində dərc olunub.
Komandanlıq hər kəsi hədəf bölgələrdən və şübhəli əşyalardan uzaq duraraq son dərəcə ehtiyatlı olmağa çağırıb.
Baş Komandanlıq həmçinin bildirib ki, mülki infrastrukturu və özəl mülkiyyəti hədəf almaq üçün ballistik raketlərdən və dronlardan istifadə beynəlxalq humanitar hüququn və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin kobud şəkildə pozulmasıdır və bu hücumlar regional sülh və təhlükəsizliyə birbaşa təhdid yaradır.
Aminə ŞAHSUVARQIZI