EN

Azərbaycanda 3 ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği nə qədər olub?

Bakı. Trend:

Azərbaycanda bu ilin yanvar-mart aylarında vətəndaşlara geriqaytarılmış əlavə dəyər vergisinin (ƏDV) məbləği açıqlanıb.

Trend bubarədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinəistinadən xəbər verir.

Məlumata əsasən, 2026-cı ilin yanvar-mart ayları ərzində ölkəərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərənşəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər,alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatrtamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrinkonserti sahəsində, həmçinin tibb müəssisələri və özəl tibbipraktika ilə məşğul olan fiziki şəxslər tərəfindən həyata keçirilənxidmətlərə, işğaldan azad edilmiş ərazilər daxilində yerləşməvasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindəngecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin müvəkkilbanklar tərəfindən istehlakçılara qaytarılmış həcmi 51 milyon 747,2min manat olub.

2026-cı ilin yanvar-mart aylarında xarici vətəndaşlar tərəfindənrespublika ərazisində fərdi istehlak üçün alınmış mallara görədövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“tax free”) məbləği 2 063,8min manat təşkil edib.

Məqalədə:
Chosen
21
35
az.trend.az

10Sources