EN

İstanbulda İsrail baş konsolluğunun yaxınlığında atışma - ölən və yaralananlar var - VİDEO

Türkiyədə İsrailin İstanbul şəhərliyində yerləşən baş konsulluğunun yaxınlığında silahlı insident baş verib.

Day.Az bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata görə, hadisə yerinə çoxsaylı polis qüvvələri cəlb olunub, ərazidə gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb. Hadisəyə polis əməkdaşları müdaxilə edib.

 

Qeyd edilir ki, 2 polis yaralanıb, zərərsizləşdirilən 3 şübhəlidən 2-si ölüb, birinin isə ağır vəziyyətdə olduğu bildirilir.

Hadisənin təfərrüatları barədə məlumat verilmir.

Chosen
14
1
day.az

2Sources