Misli Premyer Liqasının XXVII turu çərçivəsində baş tutacaq "Turan Tovuz" - "Sumqayıt" qarşılaşması böyük ehtimalla meydan sahiblərinin doğma meydanında oynanılacaq.
"Cebheinfo.az" xəbər verir ki, Oxu.Az-ın əldə məlumata əsasən, Peşəkar Futbol Liqasının (PFL) nümayəndələri artıq Tovuz şəhər stadionuna baş çəkərək lazımi inspeksiya işlərini həyata keçiriblər.
Arenanın ümumi vəziyyətinin normal və oyuna hazır olduğu bildirilir. Hazırda rəsmi qərarın yaxın müddət ərzində açıqlanması gözlənilir. Əgər yekun qərar müsbət olarsa, aprelin 12-nə təyin edilən "Turan Tovuz" - "Sumqayıt" matçına məhz Tovuz şəhər stadionu ev sahibliyi edəcək.
Xatırladaq ki, Tovuz şəhər stadionu ot örtüyündə yaranmış problemlər səbəbindən bir müddət əvvəl təmir-bərpa işləri üçün bağlanmışdı.
"Cebheinfo.az"