EN

Anasının 40 min dollarını pəncərədən atdı

ain.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyanın paytaxtı Moskvada 17 yaşlı yeniyetmə anasına məxsus 40 min dolları pəncərədən atıb. 

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Perovo rayonunda baş verib.

Hadisə yeniyetmənin anasını ziyarət etdiyi vaxt baş verib. Qadının sözlərinə görə, oğlu şənbə günü onun yanına gəlib.

Qadın mətbəxdə olduğu vaxt gənc otaqda dincəlirmiş. Bir müddət sonra oğlan özünü qəfil pis hiss etdiyini deyib və uzanıb yatmaq istəyib. Daha sonra qadına naməlum bir şəxs yazaraq onun ev seyfinin şəklini göndərib və “Pulu geri qaytarmaq istəmirsən?” sualını verib. Moskvalı qadın pulu gizlətdiyi yerə qaçıb, lakin bütün vəsaitlərinin artıq yoxa çıxdığını görüb. Oğlu isə dələduzların qurbanı olduğunu etiraf edib.

Ana məşğul olduğu vaxt o, 40 min dolları çantaya yığıb pəncərədən atıb. Dələduzlardan biri isə aşağıda onun bu hərəkətini gözləyib. Qadın polisə müraciət edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
13
lent.az

1Sources