Gürcüstanın Baş naziri İrakli Kobaxidze Qazaxıstanın xarici işlər naziri Ermek Koşerbayev ilə görüşüb.
Hafta.az xəbər verir ki, bu barədə Gürcüstan hökumət administrasiyası məlumat yayıb. Bildirilib ki, görüşdə iki ölkə arasında bir sıra sahələrdə uğurlu əməkdaşlıq müzakirə olunub və qeyd edilib ki, bu müxtəlif sahələrdə strateji tərəfdaşlıq üçün yaxşı zəmin yaradır.
Söhbət zamanı ticarət və iqtisadi əməkdaşlığın artım dinamikasına toxunulub. Vurğulnıb ki, Qazaxıstan Gürcüstanın Orta Asiyadakı ən vacib və sabit ticarət tərəfdaşlarından biridir. Qazaxıstandan Gürcüstan iqtisadiyyatının əsas sektorlarına, o cümlədən logistika, enerji, turizm və kənd təsərrüfatı sahələrinə investisiyaların artması müzakirə olunub.
Görüşdə, həmçinin Orta Dəhlizin potensialı və tranzit dəhlizinin daha da inkişafı və regional bağlantıdakı rolunun gücləndirilməsi üçün Gürcüstan ilə Qazaxıstan arasında birgə səylərin əhəmiyyəti müzakirə olunub.