Aprelin 6-da ölkə ərazisində qeydə alınan 40 və əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Axtarışda olan ümumilikdə 74 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 55 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Hesabat dövründə narkotiklərlə əlaqəli 7 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 12 fakt müəyyən edilib.
Bundan əlavə, cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.
Gülnar Nazimqızı