EN

ASA “Study in Azerbaijan” beynəlxalq sərgisində

Qazaxıstanın Almatı şəhərində Azərbaycanın ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisi keçirilir. 

“İki sahil” xəbər verir ki, sərgidə təmsil olunan 25-ə yaxın aparıcı ali təhsil müəssisələri içərisində Azərbaycan İdman Akademiyasının (ASA) stendi də yer alır. Akademiyanı Tədris işləri üzrə prorektor Ülkər Babayeva, Beynəlxalq əməkdaşlıq və layihələrlə iş şöbəsinin Beynəlxalq reytinqlər üzrə koordinatoru Nərgiz Vəliyeva və şöbənin baş mütəxəssisi Qalibə Hüseynova təmsil edirlər. Sərgiyə gələn abituriyent və tələbələr ASA-nın ali təhsil proqramları, akademik imkanları və elmi nailiyyətləri haqqında məlumat əldə edir, həmçinin onların ikili diplom proqramları və qəbul tələbləri ilə bağlı sualları cavablandırılır. 

Qeyd edək ki, sözügedən sərgi 7-8 aprel tarixlərində Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək

Chosen
7
5
ikisahil.az

6Sources