EN

Amerikalı pilotların xilasedilməsində “Mossad” iştirak edib

İsrailin kəşfiyyat xidməti - "Mossad" ölkənin silahlı qüvvələri ilə birlikdə İran ərazisi üzərində vurulmuş "F-15E" qırıcı təyyarəsinin iki amerikalı pilotunun axtarışı və xilas edilməsi əməliyyatında birbaşa iştirak edib.

Day.Az xəbər verir ki, bunu ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi bildirib.

 

"İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşdüm və Amerika xalqı adından İran ərazisində təyyarəmizin ekipajının xilas edilməsi əməliyyatında ABŞ silahlı qüvvələrinə və kəşfiyyatına göstərilən misilsiz köməyə görə ona təşəkkür etdim. İsrail Müdafiə Ordusu və 'Mossad' missiyaya böyük dəstək göstərib", - Hakabi "X" platformasında yazıb.

Xatırladaq ki, "F-15E" qırıcı təyyarəsi cümə günü İran ərazisi üzərində vurulub. Axios portalının məlumatına görə, katapultdan sonra ekipajın hər iki üzvü - pilot və şturman-operator - uğurla əlaqəyə çıxıb. Portalın mənbələri bildiriblər ki, pilot təyyarənin düşməsindən bir neçə saat sonra xilas edilib. Axtarış-xilasetmə əməliyyatı zamanı İran bu əməliyyatda iştirak edən ABŞ-nin "Black Hawk" helikopterlərindən birini vurub - ekipaj üzvləri yaralansalar da, helikopter uçaraq ərazidən uzaqlaşa bilib.

Chosen
4
1
day.az

2Sources