EN

ABŞ-da YFQ-42A PDT sınaq zamanı qəzaya uğrayıb

“General Atomics Aeronautical Systems, Inc.” (GA-ASI) şirkətinin inkişaf etdirdiyi YFQ-42A pilotsuz döyüş təyyarəsinin (PDT) prototipi sınaq zamanı qəzaya uğrayıb.

“Poliqon” GA-ASI-yə istinadən xəbər verir ki, prototip şirkətin Kaliforniyadakı aerodromundan havaya qalxdıqdan sonra qəza baş verib.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Ehtiyat tədbiri olaraq uçuş sınaqları müvəqqəti dayandırılıb.

GA-ASI PDT-nin vəziyyətini qiymətləndirir və hadisənin əsas səbəbini müəyyən etmək üçün araşdırma aparır.

Şirkətin bildirdiyinə görə, ilkin mərhələdə hadisənin hansı şəraitdə baş verdiyi ilə bağlı fərziyyə irəli sürmək tezdir: “Hər bir proqramda olduğu kimi, baş verənləri dəqiq anlamaq üçün sistemli araşdırma prosesi aparılır və hazırda əsas diqqət məlumatların toplanmasına və bu hadisədən nəticə çıxarmağa yönəlib”.

Chosen
18
poliqon.az

1Sources