EN

Mərkəzi banklarımız təcrübə mübadiləsi aparıb

Yazını böyüt
Yazını kiçilt

Gürcüstan Milli Bankının nümayəndə heyəti təcrübə mübadiləsi məqsədilə Azərbaycan Mərkəzi Bankında (AMB) işgüzar səfərdə olub.

AMB-dən Hafta.az-a bildirilib ki, səfər çərçivəsində təşkil edilən görüşlərdə maliyyə sabitliyi funksiyaları üzrə fəaliyyətin həyata keçirilməsi, makroprudensial siyasət çərçivəsinin formalaşdırılması, ev təsərrüfatları, qeyri-maliyyə sektoru və daşınmaz əmlak bazarı üzrə maliyyə sabitliyinin qiymətləndirilməsi üzrə hər iki ölkənin mərkəzi banklarının təcrübələri müzakirə olunub.

Görüşlər zamanı, həmçinin stres-test çərçivəsi, eləcə də fiziki və keçid riskləri üzrə iqlim stres-testlərinin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Chosen
2
6
hafta.az

10Sources