EN

Qız qaçırdan zaman nə etməli? Hüquqşünas

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, Tovuzda adam oğurluğunda şübhəli bilinən şəxslər saxlanılıb.

Belə ki, aprelin 3-də Tovuz Rayon Polis Şöbəsinə rayon sakini olan 19 yaşlı xanımın evlənmək məqsədilə zorla qaçırılması barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə xanımın yeri qısa zamanda müəyyən edilərək ailəsinə təhvil verilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, Azərbaycanda baş verən bu cür zaman-zaman müzakirələrə səbəb olur.

Əvvəllər daha çox adət kimi qəbul edilsə də, indi məsələ başqa cürdür.

Ancaq bəzən müəyyən hallarda narazılıqlar da yaranır. Məsələn, yetkinlik yaşına çatmış xanım əvvəlcə öz istəyi ilə qaçsa da, sonradan valideyn basqısına dözməyərək zorla qaçırıldığını etiraf edir.

Bu isə qız qaçıran şəxs və ya şəxslərin uzunmüddətli həbsinə səbəb olur.

Bəs necə olmalıdır? Qanuna bu barədə dəyişiklik edilməlidir, hansısa formada tənzimlənməlidirmi?

Bu barədə Gununsesi.info-ya hüquqşünas Əkrəm Həsənov danışıb.

O bildirib ki, əksər hallarda qızın razılığı ilə olur bu proses, amma bəzən zorla qaçırma da olur.

“Hesab edirəm ki, qız sonradan ərizə yazırsa, sübut edilməlidir. Axı təqsirsizlik prezumsiyası da var. İttiham tərəfi sübut etməlidir. Təkcə qaçırılmışam deməklə olmur. Hüquq-mühafizə orqanları ciddi araşdırmalıdır. Oğlanlara isə tövsiyə edirəm ki, nə bilim, məsələn, belə halda video çəksinlər. Sonradan sübut etmək üçün. Ya başqa şahid olmalıdır”, – deyə o qeyd edib.

Orxan

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
12
icma.az

1Sources