EN

İsrail İranın 130-dan çox zenit-raket kompleksini məhv edib (VİDEO)

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri (IDF) İranın hava hücumlarından müdafiəqüvvələrinə aid 130-dan çox zenit-raket kompleksini məhv edib.

Trend xəbər verirki, bu barədə IDF-nin “X” sosial şəbəkə hesabında paylaşımedilib.

“İsrail Müdafiə Qüvvələri (IDF) İran ərazisi boyunca terrorrejiminin atəş vasitələri və hava hücumundan müdafiə sistemlərinəzərbələrin təsirini dərinləşdirmək məqsədilə sistemli fəaliyyətinidavam etdirir.Kəşfiyyat İdarəsinin yönləndirməsi ilə həyatakeçirilən dəqiq zərbələr nəticəsində İran terror rejiminə məxsus130-dan çox hava hücumundan müdafiə sistemi məhv edilib”,-məlumatda qeyd olunur.

Məlumat bəzi zərbələrin videogörüntüləri ilə müşayiətolunub.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündəsaxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazəverir.

Məqalədə:
Chosen
29
az.trend.az

1Sources